Ru
16:44 / 23 Yanvar 2019

İşdən çıxarılan aparat rəhbəri Alışanovun bacısı oğluymuş - Ortaq biznesləri var

3297
 


Bir qədər əvvəl AzTV-nin Aparat rəhbəri Dəyanət Cəfərovun vəzifədən azad olunması ilə bağlı yayılan xəbərə qurumun sözçüsü tərəfindən açıqlama verilib. Qeyd olunub ki, guya, sözügedən şəxs hələ köhnə sədr Arif Alışanovun vaxtında işdən çıxarılıb. 


BakuPost "Qafqazinfo”ya istinadən xəbər verir ki, AzTV-nin keçmiş sədri Arif Alışanovun bacısı oğlu və keçmiş bank əməkdaşı olan D.Cəfərov məhz dayısının hesabına kanalda aparat rəhbəri vəzifəsidə gətirilib və burada uzun müddət maneəsiz fəaliyyət göstərib. 


Bundan əlavə, onları tək işbirliyi bir araya gətirməyib. Dayı-bacıoğlu eyni zamanda biznes ortaqlığı ilə məşğul olublar. 


Belə ki, A.Alışanovun maklerlə torpaq çəkişməsində məhz D.Cəfərov baş rolda olub və zərərçəkmiş kimi məhkəmələrdə iştirak edərək ifadə verib. Və bacıoğlu D.Cəfərov mətbuat xidmətinin qeyd etdiyi kimi, dayısının dövründə deyil, məhz TV-yə yeni rəhbər gələndən sonra, daha dəqiq desək, iki gün əvvəl kanaldan qovulub. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər