Ru
16:41 / 22 Noyabr 2017

İşlədiyi mağazanı qarət etdi

894
Astarada mağazadan oğurluq edən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan BakuPost.az-a verilən məlumata görə, rayonun Pensər kəndindəki mağazalardan birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.


Araşdırmalarla müəyyən edilib ki, 193 manat pul və 425 manat dəyərində danışıq kartları axşam saatlarında oğurlanıb.


Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluğun əvvəllər həmin mağazada işləmiş şəxs tərəfindən edilməsi müəyyən edilib.


Görülmüş tədbirlərlə kənd sakini Saleh Nəhmətov şübhəli şəxs qismində saxlanılıb.


Axşam vaxtı arxa pəncərənin dəmir barmaqlığını qıraraq mağazaya daxil olduğunu bildirən bu şəxs oradan pul və siqaret oğurladığını bildirib.


Faktla bağlı araşdırmalar aparılır.
İşlədiyi mağazanı qarət etdi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər