Ru
17:39 / 16 Noyabr 2018

İstirahət günlərində səyahətə çıxmaq istəyənlər - Bu xəbəri oxuyun

2859
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuPost-a verilən məlumatına görə, Böyük və Kiçik Qafqazda gündüz saatlarında hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Zəif şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu dağətəyi rayonlarda 8-13, dağlıq rayonlarda 4-9 dərəcə isti təşkil edəcək.


Nazirlik Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırır ki, noyabrın 17-də bəzi yerlərdə arabir yağış yağacağı, noyabrın 18-də havanın əsasən yağmursuz keçəcəyi, dağlıq ərazilərdə arabir duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 11-14, dağlıq rayonlarda 8-11 dərəcə isti təşkil edəcək.


Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, noyabrın 17-də çiskin olacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 12-17 dərəcə isti təşkil edəcək.


Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 10-15 dərəcə isti təşkil edəcək.


ETSN-dən bildirilib ki, həftə sonu Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 13-16 dərəcə isti təşkil edəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər