Ru
16:42 / 20 Noyabr 2018

- Binəqədidəki yanğında həbs edilmişdi JEK müdiri azadlığa buraxıldı

1906
Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov azadlığa buraxılıb.


BakuPost Report-a istinadən xəbər verir ki, onun həbsdə olduğu - 3 il 6 ay cəza müddəti başa çatıb.


N.Orucov bu gün saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.


Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər