Kamran Əsədov abort açıqlamasına görə məhkəməyə verilib?

1539
Təhsil eksperti Kamran Əsədovun son 3-4 il ərzində 1200 şagirdin abort etdirməsi ilə bağlı açıqlaması qalmaqala səbəb olub.

Bu fikirlər rəqəmlər cəmiyyətdə hiddətə səbəb olub və ekspert sosial şəbəkələrdə tənqid olunub. Hətta bu xəbərə görə ekspertin məhkəməyə verildiyinə dair informasiyalar da yayılıb. 

BakuPost xəbər verir ki, Kamran Əsədov AzEDU.az-a açıqlamasında məhkəməyə verilmədiyini bildirib:

"Belə bir hal olmayıb. Mən qanunsuz bir fikir söyləməmişəm, mətbuatda dərc olunmuş rəsmi rəqəmləri toplayıb fikir bildirmişəm. Bu tipli statistik göstəricilər 15 ildir ki, mətbuatda dərc olunub. 

Adı məktəbdə gedən özü ailə həyatı quran, adı rayonda fəaliyyət göstərən məktəbdə gedən, özü Bakı şəhərində hazırlaşan nə qədər şagird var. Bəs bu göstəricilər nədir? Sadəcə olaraq, kimlərsə reallığı və təhlükəni başa düşmür və ya istəmir ki, bu kimi məsələlər açılsın. 

Bizim genefondun dağılma təhlükəsi var. Boşanma hallarının sayı artıb. Səbəb isə erkən nikah və 9-cu sinifdən sonra təhsildən yayınma hallarıdır. Qeyd etdiyim statistik göstəricilər isə konkret olaraq KİV-dən götürülüb. 

Qeyd olunan statistik göstəricilər UNİSEF - in hesabatlarında əks olunub. Yəni kifayət qədər ciddi mənbələr var. Mən işlətdiyim bütün məlumatları mənbəyə istinadən deyirəm. Kimlərinsə məlumatsız olması onun doğru olduğu demək deyil”.

Bu məqamda bildirək ki, xəbərdə abort etdirənlərin 9-cu, 10-cu və 11-ci sinif şagirdləri olduğu qeyd edilib. 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər