Karxanada bədbəxt hadisə - Ölən var

404
İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb.

BakuPost apa-ya istinadən xəbər verir ki, İmişli rayonunun Şahverdili kəndi ərazisində, Araz çayının üzərində yerləşən qum-çınqıl karxanasında ölüm hadisəsi qeydə alınıb.

İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Fariz Valeh oğlunun idarə etdiyi avtoqreyder torpaq kütləsinin uçması nəticəsində aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər