Köçəryana qarşı etiraz aksiyası - Yerevan “ayaqlandı”

886
Yerevanda sabiq prezident Robert Köçəryanın həbsdən azad olunmasına etiraz edirlər.

BakuPost xəbər verir ki, bir müddət əvvəl həbsdən azad edilmiş keçmiş dövlət başçısının mətbuat konfransı zamanı etiraz aksiyası keçirilib. Etirazçılar Köçəryanın ofisinin yerləşdiyi "Erebuni” mehmanxanasının önünə yığışıblar.

Bir qrup şəxs mətbuat konfransının təşkil edildiyi zala daxil olmağa çalışıb. Onlar R.Köçəryanın ünvanına "Qatil! Köçəryan cinayətkardır və həbsxanada qalmalı id" şüarı səsləndiriblər.

Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi.
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər