Ru
10:44 / 15 Fevral 2019

Keçmiş deputat köməkçisi Əliyev və Putinin imzasını SAXTALAŞDIRDI - FOTO + VİDEO

1753
 


Dağıstan polisi məmur vəzifələrini "satan” 32 yaşlı Beytulla Cavadovu saxlayıb. 


BakuPost xarici mətbuata istinadən xəbər verir ki, onun dələduzluq əməllərindən 10-a yaxın insanın zərərçəkdiyi müəyyən edilib. 

 

Fırıldaqçı bu xidmətlərə görə şəxslərin təxminən 15 milyon rublunu (380 min manata yaxın) mənimsəyib. Cavadov məmur postlarının satışına Dağıstan parlamentinin deputatı Leyla Kərimovanın köməkçisi olduğu vaxtdan başlayıb. 


"Müştərilərinə” öz imkanlarını sərgiləmək üçün Azərbaycan və Rusiya prezidentləri adından saxta fəxri fərmanlar, respublikanın yüksək vəzifəli rəsmiləri ilə çəkdirdiyi şəkilləri və adı üzərində yazılmış bahalı saatları göstərib.


Bundan başqa, B.Cavadov bəzi zərərçəkənlərə pul müqabilində dövlət proqramı əsasında evlə təmin olunmalarına vasitəçilik etməyi vəd edib. 

Ona qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 91-ci maddəsinə əsasən, cinayət işi açılıb.

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər