Kəmaləddin Heydərovun “Ağ Ev”i, qızıl otağı barədə AÇIQLAMA - FOTOLAR

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Azərbaycanda və xarici ölkələrdə nəhəng biznes imperiyaları, saysız-hesabsız sərvəti barədə sensasion video yayılıb.


BakiPost.az xəbər verir ki, bloqger Mehman Hüseynovun hazırladığı videoçarxda ən diqqət çəkan məqamlardan biri də nazirə məxsus olduğu iddia edilən nəhəng mülkdür. Qəbələ dağlarındakı həmin mülkün 15-20 milyon manata tikildiyi, ev əşyalarının qızıldan hazırlandığı bildirilir.

 

Eyni zamanda iddia olunur ki nazir bu mülkünü Ağ Evə bənzədib.


Sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilən bu materialla bağlı qarşı tərəfdən heç bir reaksiya verilməyib, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti susur.


Məsələ ilə bağlı Kəmaləddin Heydərova yaxınlığı ilə tanınan əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu BakiPost.az-a bildirib ki, deyilənlərin hamısı cəfəngiyatdır: "Mətbuatın əlinə yeni mövzu düşüb. Ona görə də bundan danışırlar. Amma bunların hamısı məşhur Piri Babanın nağıllarıdır. Müasir dildə desək isə cəfəngiyatdır”.

 

Şair nazirin çox xeyirxah adam olduğunu bildirib. Əlavə edib ki, bu məlumatı yayanlar, onu sevməyənlər, dövlətin qüdrətinə kölgə salmağa çalışan şəxslərdir.


Bakı Post

 




Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər