“Kim burada deputatdırsa, zəhmət çəkib azərbaycanca danışsın” - Oqtay Əsədov

794
"Milli Məclisin etik davranışları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı ən çox irad tutulan məsələ deputatların plenar iclaslar zamanı günün ikinci yarısında iştirak etməmələri ilə bağlıdır. Məgər günün ikinci hissəsində qəbul olunan qanunlar eyni çəkiyə malik deyil? Əgər hansısa deputatın tədbiri və ya iştirak etməmək üçün səbəbi varsa, bu barədə məlumat verməlidir”. 

BakuPost "Qafqazinfo”ya istinadən xəbər  verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib. 

Çıxışı zamanı qanun layihəsində deputatların yalnız Azərbaycan dilindən istifadə etməsi məsələsinə toxunan S. Novruzov söyləyib ki, dil məsələsi Milli Məclisin Daxili Nizamnaməsində göstərilib: "Dövlət dili Azərbaycan dilidir və iclaslar da bu dildə getməlidir: "Lakin digər xalqların nümayəndələri başqa dildə danışa bilər. Sabah biz Dağlıq Qarabağı azad etdik, ermənilərlə bərabər yaşamalı olduq və 8-i gəlib oturdu parlamentdə onlar hansı dildə danışmalıdır? Seçilib gəlib burada iştirak edirsə, o zaman ona da hüquq verilməlidir ki, yaşadığı ölkənin vətəndaşı olmaqla yanaşı, öz dilində danışsın. Azərbaycanlı olub bu dili bilməyənlər məcbur olub danışmalıdır. Qalan insanları buna məcbur etmək olmaz”. 

Spiker Oqtay Əsədov isə deputata belə cavab verib: " Azərbaycanın dövlət dili Azərbaycan dilidir: "Hər kəs Azərbaycan dilini bilməyə borcludur. İstər  erməni olsun, istərsə başqası olsun. Kim burada deputatdırsa, zəhmət çəkib Azərbaycanda dövlət dilində danışsın. Mən durub erməniyə tərcüməçi tutmayacam ki?"

S. Novruzov isə son olaraq məsələyə müdaxilə edib və belə deyib: "Burada elə başa düşəcəklər ki, mən oldum vətən xaini, bunlar isə vətənpərvər. Halbuki Azərbaycanı barmaqla sayılacaq qədər sevən vətənpərvərlərdən biriyəm”.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər