Ru
16:36 / 12 Noyabr 2018

Kirayə mənzillər bahalaşır - Bərbərlər də qiymətləri artırıb

3558
Bu ilin yanvar-oktyabr əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb. 


BakuPost-un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 


Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində  isə 0,1 faiz bahalaşma qeydə alınıb.


Oktyabr ayında sentyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma, avtomobillərin təmiri, bərbərxana və kosmetoloji xidmətlərin qiymətləri, mənzillərin icarə haqqı, kompüter kurslarında təhsil haqqı bahalaşıb. Dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

Nərmin

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər