Ru
11:30 / 17 Oktyabr 2017

Kiyevdə küçələrə tikanlı məftil çəkildi - Saakaşvilinin mitinqinə “hazırlıq”

5434
Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin mitinqindən öncə Kiyevdə mühafizə gücləndirilib.


BakuPost.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. 


Deputat Mustafa Nayem də açıqlama verərək Ukrayna Radasının binasının ətrafında mühafizənin gücləndirildiyini bildirib. Qeyd edib ki, parlament binası ətrafında milli qvardiya və 2 cərgə polis düzülüb


Bundan əlavə, deputat qeyd edib ki, bütün küçə boyu tikanlı məftillər çəkilib: "Yalnız xüsusi ayrılmış yerlərdən Konstitusiya meydanına girməyə icazə var”.


Məlumat üçün bildirək ki, bu gün Kiyevdə Mixail Saakaşvilinin rəhbərliyi altında mitinq keçirilməsi planlaşdırılır. Mitinq  zamanı M.Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonun impiçmentinə nail olmağı planlaşdırır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər