Ru
23:02 / 12 Noyabr 2018

Klinton yenidən prezidentliyə namizədliyi ni verəcək - “2 il düşünüb...”

1427
ABŞ prezidentliyinə keçmiş namizəd, sabiq dövlət katibi Hillari Klinton 2020-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir


BakuPost-un xəbərinə görə, bu barədə Hillari Klintonun sabiq müşaviri Mark Penn "Wall Street Journal” jurnalında dərc olunmuş məqaləsində yazıb. "Öz işinə və öz adına sadiq olan xanım Klinton sonunadək mübarizə aparacaq. O, əvvəlki seçkilərdə məğlubiyyət kimi "kiçik” bir uğursuzluğun onun Ağ Evə doğru yolunda maneəyə çevrilməsinə imkan verməyəcək... Klinton 2016-cı ildə Prezident Trampa uduzmasının onun siyasi karyerasına son qoymasına yol verməyəcək. Odur ki, xanım Klintonun iştirakı ilə yeni seçkiqabağı mübarizə gözləyin. Ola bilsin, o, bunu Senata seçilmiş demokratların çoxu kimi, indi elan etməyəcək, amma daha sonra, ilkin səsverməyə qədər şəksiz edəcək”.


M.Pennin sözlərinə görə, əvvəlki seçkiqabağı kampaniya zamanı hansı addımların yanlış olduğunu təhlil etmək və yeni strategiya hazırlamaq üçün Klintonun 2 il vaxtı olub. 


Qeyd etmək lazımdır ki, ötən ay Klintonun özü prezident seçkilərinə qatılmaq planları barədə suala yayğın cavab verib. O deyib ki, "seçkiqabağı mübarizə istəməzdi, amma prezident olmaq istərdi”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər