Konor Həbibdən intiqam almaq istəyir - 15 milyonluq REVANŞ

806
Həbib Nurməhəmmədov irlandiyalı rəqibi Konor Makqreqorla revanş döyüşündən imtina edib.

BakuPost xəbər verir ki, bu barədə dağıstanlı döyüşçünün əmisi Aleks Nurməhəmmədov məlumat verib. O bildirib ki, oyun Həbib üçün maraqlı deyil: " irlandiyalı döyüşçü Həbibə revanş döyüşü üçün 15 milyon dollar təklif etdi. Lakin, bu Həbib üçün maraqlı deyil. Həbib onunla hər hansı bir məbləğə görə vuruşmayacaq. Qoy Konor növbədə dursun, başqaları ilə döyüşsün. Həbib isə Toni Ferqusanla döyüşdükdən sonra karyerasını sonlandırmaq istəyir”.

Qeyd edək ki, 6 oktyabrda keçirilən Makqreqor-Nurməhəmmədov qarşılaşmasında rusiyalı idmançı 4-cü raundda boğucu fənd tətbiq edərək qələbə qazanmışdı.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər