Kraliçanın nəvəsi toyunda niyə fata taxmadı? - FOTOLAR

922
Kraliça Elizabetin nəvəsi şahzadə Yevgeniyanın toyu olub.

BakuPost xəbər verir ki, o, iş adamı Cek Bruksbankla ailə qurub. Milyonlarla insanın izlədiyi toyda yeyilən yeməklər, gələn qonaqlardan tutmuş taxılan papaqlara və gəlinin paltarına kimi hər şey müzakirə mövzusuna çevrilib.Yevgeniyanın fata taxmaması isə xüsusilə maraq çəkib. Belə ki, Keyt Midlton və Meqan Markl metrələrlə uzunluqda fata taxsa da, şahzadə toyuna fatasız çıxıb. Səbəb isə Yevgeniyanın kürəyindəki tikiş izləri olub.

Skolioz xəstəsi olan şahzadə 12 yaşında ikən ciddi bir əməliyyat keçirib. Bu əməliyyat onun kürəyində keçməyən iz qoyub. Əməliyyatdan 16 il sonra ailə quran şahzadə fata taxmamaqla milyonlarla insana cəsarət nümayiş etdirib. O, bu qərarı ilə bağlı danışarkən "gəlinliyimi elə seçdim ki, kürəyimdəki yara izi görünsün” deyib.

"Bədənimdəki əməliyyat izindən utanmadığımı, əksinə, onunla qürur duyduğumu hamıya göstərmək və nümunə olmaq istədim”, - deyə Yevgeniya qeyd edib.







ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər