Krımda texnikum binasında partlayış: çox sayda ölən və yaralanan var - Terror ehtimalı / Yenilənib

892
Krımda texnikum binasında baş verən partlayış terror ola bilər.

BakuPost xarici mətbuata istinadən xəbər verir ki, ilkin ehtimallara görə binada qaz balonu partlayıb. Lakin hadisə şahidlərinin sözlərinə görə bu terror ola bilər. Onlar bildiriblər ki, hadisədən bir neçə dəqiqə əvvəl 20-25 yaşlı bir nəfər binaya daxil olub və ora nə isə yerləşdirib. Bəzi şahidlərinin sözlərinə görə isə binanın pencərəsindən içəri əl bombası atılıb.
 
Hal-hazırda binada araşdırma aparılır. Terror ehtimalı hələki öz təsdiqini tapmayıb.
 
* * *

Krımın Kerç şəhərində yerləşən Politexnik Texnikumu binasında güclü partlayış baş verib.

BakuPost xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfər ölüb, 50-si xəsarət alıb.

İlkin məlumata əsasən, binada qaz balonu partlayıb. Hadisə yerinə tibb işçiləri və xilasedicilər cəlb olunublar.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər