Küçədə daxili işlər nazirinin telefonunu apardılar - İngiltərədə ilginc oğurluq

1502
Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavidə mopedlə hücum edilib.

BakuPost xəbər verir ki, bu barədə nazir özü danışıb. O bildirib ki, hücum bir neçə ay əvvəl edilib və onun mobil telefonu oğurlanıb. Hadisə Londonda Yuston vağzalı yaxınlığında baş verib.

Nazirin sözlərinə görə, o, telefonunu götürərək taksi çağırmaq istəyib. Lakin qəfildən hücuma məruz qalıb: "Mən nə baş verdiyini anlayana qədər artıq hər şey bitmişdi. Onlar sadəcə yaxınlaşdılar, telefonu aldılar və qaçdılar".

Qeyd edək ki, S. Cavid bu il aprelin 30-da daxili işlər naziri təyin edilib. Bundan əvvəl isə region məsələləri və yerli idarəetmə üzrə nazir olub. 

S. Cavid Pakistan əsilli miqrant ailəsində anadan olub, Böyük Britaniyada etnik azlığa mənsub ilk daxili işlər naziridir.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər