Ru
23:54 / 17 Fevral 2019

Kürdəmirdə "Mercedes" beton səddə çırpıldı

2214
Kürdəmir rayonunda iki nəfərin
xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. BakuPost-un "Report"a
istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 172
kilometrliyində, Karrar kəndi ərazisində qeydə alınıb.   Bərdə şəhər sakini,
1959-cu il təvəllüdlü Rövşən Müslüm oğlu Ağayev idarə etdiyi
"Mercedes" markalı minik avtomobili ilə Gəncə istiqamətində hərəkətdə
olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib və maşın yol kənarındakı beton
səddə çırpılıb. Nəticədə R.Ağayev və sərnişini, 1967-ci il təvəlüdlü Gəncə şəhər
sakini Həqiqət Əlihüseyn qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri
alıblar. R.Ağayev Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə
yerləşdirilib. H.Məmmədovanın vəziyyəti ağır olduğundan o, həmin xəstəxananın
Reanimasiya şöbəsinə yerləşdirilib.   Faktla bağlı araşdırma
aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər