“Ölən qadın süpürgəçi deyil” - BŞİH-dən açıqlama

525
Bu gün səhər saatlarında Nizami rayonunda faciəli şəkildə ölən qadını avtobus yolu süpürərkən deyil, yolu keçərkən vurub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən BakuPost-a bildirilib ki, qəza nəticəsində vəfat edən piyada Bəsti Dostəli qızı Eyvazova üç il əvvələ qədər Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 34 saylı Mənzil-Kommunal və Texniki Xidmət sahəsində işləyib. Bir müddət əvvəl həmin işdən ayrılıb. 

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Hadisəni törədən sürücü saxlanılıb.
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər