Lənkəranda ağır qəza - Bir ailənin 5 üzvü yaralandı/ ADLAR

384
Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un məlumatına görə, hadisə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb. 

Belə ki, kəndin ərazisində sərnişin mikroavtobusu aşıb. Hadisə nəticəsində 3-ü qadın olmaqla 6 nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
 
Lənkəran şəhər Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 7 nəfərdən 5-i bir ailənin üzvləridir.

Hadisə nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən 1959-cu il təvəllüdlü Ağayeva Şahnaz Qulu qızı, 1960-cı il təvəllüdlü Ağayeva Bəsti Muxtar qızı, 2015-ci il təvəllüdlü Ağayeva Səbinə Rəsul qızı, 1994-cü il təvəllüdlü Ağayev Rəsul Firudin oğlu, 1995-ci il təvəllüdlü Ağayeva Samirə Murad qızı bir ailənin üzvləridir.

Hadisə nəticəsində daha iki nəfər - 1975-ci il təvəllüdlü Hüseynova İlhamə Mulçaq qızı və 1951-ci il təvəllüdlü Qarayev Namiq Əli oğlu da müxtəlif xəsarətlərlə xəstəxanaya müraciət ediblər.

Hazırda xəstələrin muayinəsi davam etdirilir.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər