Ru
21:26 / 15 Fevral 2019

Lənkəranda gənc qadın intihara cəhd etdi

2206
Lənkəran rayonunda 29
yaşlı qadın intihara cəhd edib. AzEdu.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Sütəmurdov kəndində qeydə alınıb. Belə ki, Lənkəran
rayon sakini, 1990-cı il təvəllüdlü V.İ. yaşadığı evin həyətindəki yarımtikilidə
özünü asaraq intihara cəhd edib. Hadisədən xəbər tutan ailə üzvləri onun
öldüyünü zənn ediblər. Lakin hadisə yerinə göndərilən polis əməkdaşları və təcili
tibbi yardım stansiyasının həkimləri onun ölmədiyini müəyyən ediblər. V.İ.-yə zəruri
tibbi yardım göstərildikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına
çatdırılıb.

  Qeyd edək ki, V.İ. həyat
yoldaşı ilə 6 ildir evlidir. Bir övladları ölüb, digərinin iki yaşı var. Şirvan
şəhərindən Lənkərana gəlin gələn qadın uzun illər özünün və övladının
zorakılığa məruz qaldığını, həyat yoldaşından ayrılmaq istəsə də, mümkün
olmadığını bildirib. Hətta intihara cəhd etməzdən əvvəl həyat yoldaşı R.İ.-ni məlumatlandırıb.
Eyni zamanda DİN-in "102” Zəng Mərkəzinə zəng edərək intihar etməsinə səbəb
kimi həyat yoldaşının onu incitməsini göstərib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər