Ru
15:34 / 12 Noyabr 2018

Lənkəranda qonşular arasında dava - Prezidentdən kömək istəyirlər

3425
Lənkəran rayonu, Şürük kənd sakinləri arasında hasar üstündə düşmüş dava ilə bağlı prezident İlham Əliyevə müraciət olunub.


BakuPost xəbər verir ki, müraciət davada yaxınları döyülən kənd sakini Dadaşova Cəmilə İsmayıl qızı tərəfindən edilib. 


O, şikayətinin Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırılmasının təmin edilməsini xahiş edir. 


Sözügedən hadisə isə bu il mayın 11-də saat 13:30 radələrində iki qonşu həyət arasındakı hasarın sökülməsi səbəbindən baş verib. Belə ki, qonşuluqda yaşan Əzizov Murtuza Seyidəli oğlu və Əzizov Rüfət Seyidəli oğlu Cəmilə Dadaşovanın daş hasarın söküb, ona məxsus torpaq sahəsində yeni hasar tikmək istəyib. C. Dadaşova müraciətində icazəsiz daş hasarın sökülməsinə etirazını bildirdiyi üçün bu iki qardaş tərəfindən döyüldüyünü, bu zaman huşunu itirdiyini yazıb. Eyni zamanda M. Əzizov və R. Əzizov qardaşlarının daha sonra səs-küyə gəlmiş digər qonşuların yanında  həmin gün onlara gəlmiş qonaqlarına – qohumu Anar Məmmədov və qızının həyat yoldaşı Aydın Cəfərova bədən xəsarətləri yetirdiklərini qeyd edib. Döyülmə anı hadisə vaxtı hal şahidlərinin mobil telefon aparatları ilə çəkilib.


Hadisədən sonra C. Dadaşova Lənkəran Rayon Polis Şöbəsinə döyülmə faktı ilə bağlı məlumat verib, mobil telefonla çəkilmiş görüntülər təqdim olunub. Lənkəran Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin həkimləri tərəfindən hadisə nəticəsində xəsarət alınması ilə bağlı 12 may 2018-ci il tarixli rəy də təqdim olunub. Lakin Lənkəran RPŞ-nin İstintaq Bölməsi cinayət işinin başlanmasını rədd edib, şikayət inzibati tənbeh tədbiri görülməsi üçün rayon Lənkəran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə göndərilib. Bunu əsassız və qanunsuz sayan C. Dadaşova hesab edir ki, Lənkəran Rayon Polis Şöbəsinin rəhbərliyi M. Əzizov və R. Əzizov qardaşların himayə edirlər. Zərərçəkmiş bu iki şəxsin ona arxalarında Lənkəran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi Rüfət adlı birinin durduğunu söylədiyini bildirib. Eyni zamanda keçmiş rəis müavini Səadət adlı şəxsin də onları himayə etdiyini yazıb. 


M. Əzizov və R. Əzizov qardaşlarının hədələrinin davam etdiyini bildirən C. Dadaşova Prezidentə müraciətində xahiş edir ki, Lənkəran Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Toğrul Hüseynovun 25 may 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının ləğv edilməsinə, adıçəkilən iki qardaşın isə cinayət məsuliyyətinə cəlb olunmalarına göstəriş versin.


Zərərçəkmiş əllərində dediklərini sübut edən videogörüntülər olduğunu da bildirib. Qeyd edib ki, hadisədən sonra Lənkəran Rayon Polis Şöbəsinə özünün, ailə üzvlərinin və qonaqlarının Murtuza və Rüfət qardaşları tərəfindən döyülməsi ilə bağlı videoları, təqdim etsələr də, heç bir qanuni tədbir görülməyib. 

C. Dadaşova hadisənin videofaktlarını redaksiyamıza təqdim edəcəyini söyləyib.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mövqe bildirməyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər