Ru
12:52 / 16 Oktyabr 2017

“Levıy” qaz, işıq, su işlədənlərlə bağlı yenilik - 7 il həbs edilə bilərlər

2936
Azərbaycanda təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talanmasına görə, yeni və daha uzun müddətli həbs cəzası tətbiq olunur.

 

BakuPost.az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycan Prezidentinin təklifi ilə bununla bağlı Cinayət Məcəlləsinin 189-1 (Təbii qazın, suyun, elektrik və istilik enerjisinin talanması) maddəsinə bənd əlavə edilir.

 

Yeni bəndə görə, təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talamaya görə, 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

 

Hazırda bu maddədə yalnız külli miqdarda talama sanksiyasında ən yüksək cəza 4 ilə qədər azadlıqdan məhrum etmədir.

 

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər