Ru
22:58 / 16 Fevral 2019

Leyla Əliyeva uşaqları ilə birgə festivalda - FOTOLAR

2180
Azərbaycan Mədəniyyət
Nazirliyinin və "Beat Group” şirkətinin dəstəyi ilə Heydər Əliyev Sarayında
"Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib. BakuPost-un məlumatına görə, tədbirdə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.   Konsertdən əvvəl
qırmızı xalı üzərindən keçən gənc vokalçılar festivaldan gözləntilərini
paylaşıblar.   Vokal üzrə pedaqoq,
Ukraynanın Əməkdar artisti Rimma Şapovalova jurnalistlərə müsahibəsində
festival iştirakçılarına böyük ümidlər bəslədiyini bildirərək, yeni
istedadların üzə çıxarılmasında belə tədbirlərin əhəmiyyətini qeyd etdi. "Belə
gözəl uşaqlarla işləmək mənə böyük zövq verir. Əminəm ki, onların parlaq gələcəyi
var və bu uşaqlar hələ özlərini göstərəcəklər. Bu konsert xeyli müddət
yaddaşlarda qalacaq”, - deyə Rimma Şapovalova bildirdi.   Sonra möhtəşəm
qala-konsert oldu. Festivalda çıxış edən iyirmidən çox gənc istedad Azərbaycanın
və dünyanın məşhur hitlərini səsləndirdilər.   Sonda bütün
iştirakçılara diplom və xatirə hədiyyələri təqdim edildi.   Qeyd edək ki,
festivalda iştirak üçün 100-dən çox istedad müraciət etmişdi. Onların yalnız
21-i finala çıxıb.  


 


 

Leyla Əliyeva uşaqları ilə birgə festivalda -  FOTOLAR
Leyla Əliyeva uşaqları ilə birgə festivalda -  FOTOLAR
Leyla Əliyeva uşaqları ilə birgə festivalda -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər