Ru
22:20 / 15 Yanvar 2018

Liviyada hava limanı atışma səbəbindən bağlandı - 22 ölü

579
Liviya paytaxtı Tripolidə hazırda istifadə edilən yeganə hava limanı olan Mitiqa aeroportu yaxınlığında silahlı toqquşma olub.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 22 nəfər həlak olub. Daha 105 nəfər yaralanıb.


Məlumata görə, bilavasitə qruplaşmalar arasındakı toqquşmaların gedişində 16 nəfər öldürülüb, 50 nəfər güllə yarası alıb. Eyni zamanda, Liviya silahlı qüvvələrinin xüsusi təyinatlı 6 döyüşçüsünün həlak olduğu, daha 55 hərbçinin isə yaralandığı bildirilir.


Qeyd dək ki, toqquşma bu gün sübh çağı "Al-Bakara” qruplaşması aeroport ərazisindəki həbsxanaya hücum edərkən başlayıb. Həbsxanada əsasən terrorçuluqda və İŞİD qruplaşması ilə əlaqədə ittiham edilən məhkumlar saxlanılır və hücumun məqsədi onları azad etmək olub.


Silahlı qruplaşmalar arasında baş verən qanlı toqquşma aeroportun işinin tam dayanması ilə nəticələnib.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər