Ru
12:38 / 13 Noyabr 2018

“Ölkənin valyuta ehtiyatları 45 milyarda çatıb” - Spiker

1962
Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyası ölkəmizdə iqtisadi inkişafın məqsədlərinə nail olmağa imkan verib. 2018-ci ilin 9 ayı ərzində ölkəmizdə bütün makroiqtisadi göstəricilərdə artım olub.


Bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.


O bildirib ki, bu dövr ərzində valyuta ehtiyatlarımız 3 milyard ABŞ dolları artaraq 45 milyard dollara çatıb: "Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindən biridir. 2019-cu ilin büdcə zərfi ölkə həyatında müşahidə olunan dinamik göstəriciləri əks etdirir. Dövlət büdcəsinin ən mühüm cəhətlərindən biri vəsaitlərin məqsədli proqramlar əsasında xərclənməsidir. Büdcə xərclərinin 42 faizi bu proqramlara sərf olunacaq. Bu da 2018-ci illə müqayisədə 2 milyard 77 milyon artıqdır”.


Spiker söyləyib ki, 2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyub saxlayacaq: "Büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Diqqəti çəkən məqamlardan biri əhalinin sağlamlığının qorunması üçün ayrılan vəsaitlə bağlıdır. Növbəti ildə səhiyyə sahəsinə yönəldiləcək vəsait bu ilin müvafiq dövründən 309 milyon manat, başqa sözlə desək, 32 faiz çoxdur. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə olaraq 223 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bütün bunlar göstərir ki, əhalinin sağlamlığının qorunması dövlətin prioritetlərindən biridir”.


O.Əsədov qeyd edib ki, 2019-cu ildə təhsil xərcləri ötən illə müqayisədə 11 faiz artaraq 2 milyard 275 milyona çatacaq: "Büdcə zərfi mükəmməl tərtib olunub. Sənədlərdən görünür ki, 2019-cu ildə iqtisadi artım davam edəcək. Növbəti ildə ÜDM-nin artımı 3.6 faiz səviyyəsində proqnozlaşdırılır. Aparılan islahatlar göstərir ki, kölgə iqtisadiyyatının qarşısının alınması ilə bağlı işlər həyata keçirilsə, bu rəqəm real ola bilər”. (Trend)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər