Ru
13:35 / 17 Yanvar 2019

Ölkəyə gətirilən avtomobillər 2 dəfə artıb – Rəsmi

2299

Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artıb. 


BakuPost-un məlumatımna görə, bu Dövlət Gömrük Komitəsinin 2018-ci illə əlaqədar açıqladığı statistikada əksini tapıb.


Əgər 2017-ci ildə ölkəyə cəmi 13 min 98 ədəd avtomobil idxal olunubsa, 2018-ci ildə bu göstərici 28 min 876 ədədə çatıb. 


Keçən il ölkəyə sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş 297 ədəd motorlu nəqliyyat vasitələri, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş 26 min 147 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyati, 2300 ədəd yük maşını, 132 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi gətirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər