Şair Salam Sarvan 2004-cü və 2014-cü illərdə Nəsimi adına Dilçilik İnstitutu tərəfindən nəşr edilən "Azərbaycan dilinin orfoqrafiya lüğəti” ilə bağlı fikirlərini bildirib.
"BakuPost” xəbər verir ki, o, lüğətdə yer almış bəzi sözlərə diqqət çəkib: "Ağacgəmirmə, arvadoğlu, asfaltsifət, ağızdanolma, bəstiqoyma, butulkaboğaz, buynuzaməxsus, cordanabənzərlər, cırrıtgetmə, cəmdəkyemə, çəngəlvarılıq, dodaqaltıazaylanma, donuzbala, çoşqabala, əndə-məndə, əngəbəngə, əsəbiyyəçi, əzginiş, fısafısetmə, fahişəolma, fisqü-ficurluq, gəzmələrdənolma, göbəkyazma, konfranszəng, lortçulökdodaq, milliləşdirmənigötürmə...
Sayı 40000-dən artıq olan bu biabırçı "sözlərin” bu günə qədər hörmətli dilçilərimizin və onların havadarlarının nəzər-diqqətini cəlb eləməməsi ciddi sual doğurur. Dilimizi təhqir edən bu "sözlər”in lüğətlərdə yer almasına məsuliyyət daşıyan dilçilərimiz, ilk əvvəl, qoy bu suala cavab versinlər”.
Qeyd edək ki, bir neçə gündür, Dilçilik İnstititunun "Orfoqrafiya lüğəti”nə etdiyi və təklif etdiyi dəyişikliklər müzakirə mövzusuna çevrilib. Əksər yazı-pozu adamı, ziyalılar yeni lüğəti məqbul hesab etmir.