Maşın vuran süpürgəçi öldü

539
Bakıda naməlum avtomobilin vurduğu təmizlik işləri aparan qadın dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova BakuPost-a bildirib ki, yaralının vəziyyəti pis idi: "Xəstəxanaya gətiriləndə artıq ağırlaşmışdı. Əməliyyat zamanı da dünyasını dəyişib".

Xatırladaq ki, dekabrın 6-da səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında ərazidə təmizlik işləri aparan qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər