“Maşın”da Murada ağır ittihamlar - “Onun quramasıdır”

Ötən gün  "ATV”-də yayımlanan "Maşın şou” qalmaqalsız ötüşməyib.
 
BakuPost.az-ın Lent.az-a istinadən məlumatına görə, yarışın növbəti efir günündə səs verməyə meyxanaçı Samirə Yusifqızı çıxıb. İfaçı oyun zamanı qalmaqallı çıxışlar edib. O bildirib ki, bu yarış Murad Dadaşovun quramasıdır: "Səsvermənin çevrilişini Murad Dadaşov edir, özü tənzimləyir. İstəmirlər ki, şouda qalım”.
 
Onun reklam arası işlətdiyi bu ifadələr canlı efirdə təqdim olunub. Müğənni çəkilişdən xəbərsiz olduğunu və fikrinin başqa cür anlaşıldığını izah etməyə çalışıb. Murad Dadaşov isə onun sözlərinə bu cür cavab verib: "Təbii ki, bu fikirlərinizə görə sizi yarışmadan uzaqlaşdıra bilmərəm, şəxsi fikrinizdir. Ancaq diqqətli olaq, burada böyük insanlar yarışıb, şou 12 ildir ki, davam edir. Yanlışlıq olsaydı proqram bu qədər davam etməz, sevilməzdi”.
 
Qeyd edək ki, Sonda S.Yusifqızı 87.64 faiz getsinə səs yığaraq yarışmanı tərk edib. O bildirib ki, onun ilk hədəfi meyxanaçı Vüqar Əbdulov olub. Lakin səs yığacağı halda xalq artisti Arif Quliyevi oyundan uzaqlaşdıracaqmış. 
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

17 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər