Ru
13:06 / 21 Noyabr 2018

Maşını “kabluk” və çəkələklə idarə etmək olar? - DYP-nin şöbə rəisindən açıqlama

34697
"Yol hərəkəti haqqında” qanunda ayaq geyimləri ilə bağlı hər hansı konkret bir tələb yoxdur”.  


Bunu BakuPost-a açıqlamasında hündürdaban ayaqqabı ilə avtomobili idarə edən qadınların yol polisləri tərəfindən cərimələnə biləcəyi barədə yayılan xəbərlərə münasibət bildirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov söyləyib.   

 

Картинки по запросу çəkələklə maşın sürmək


V. Əsədovun sözlərinə görə, qanunda bununla bağlı sadəcə tövsiyə var. Yəni ayaq geyimləri ayağa pərçimlənməlidir ki, avtomobili idarə edərkən narahatlıq yaranmasın: "Avtomobilin ayaqyalın idarə edilməsi diqqətin yayınmasına səbəb olur. "Vyetnamka” adlanan rezin çəkələklərin yol hərəkətində qəza törətmək ehtimalı yüksəkdir. Bir də bəzən sürücülər ayaqqabılarını çıxarıb oturacağın altına qoyurlar ki, ayaqyalın sürsünlər. Bu da təhlükəlidir. Mən bunu ən azı bir sürücü, yol polisi olaraq tövsiyə edirəm ki, elə hallara yol verilməsin. Çünki ayaqqabını çıxarıb oturacağın altına qoymaqla, ayaqyalın, corabla maşını sürən zaman enişli-yoxuşlu yollarda ayaqqabı sürüşərək "pedal”ın alt hissəsinə düşür. Enişli-yoxuşlu yollarda "pedal”dan istifadə edərkən görürsən ki, ayaqqabı maneə yaratdığı üçün yol qəza hadisəsinin yaranma ehtimalı olur”. 

 

ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение

 

Şöbə rəisi qadınların hündürdaban ayaqqabı ilə avtomobili idarə etməsinin isə xüsusi bir hal olduğunu vurğulayıb: "Bu, qadınların geyim formasıdır. Hündürdaban ayaqqabı ilə qadınların avtomobili idarə etməsi mənim üçün də maraqlıdır. Hər halda bu barədə suala qadınların cavab verməsi yaxşı olar. Çünki mən hündürdaban ayaqqabı ilə maşın sürməyin çətin olduğunu desəm, qadınlar deyə bilər ki, çətin deyil. Qanunda da bu məsələ tənzimlənmir. Ona görə də hündürdaban ayaqqabılarla maşının idarə edilməsinə görə qadınlara hər hansı iradın bildirilməsi və məsuliyyətə cəlb edilməsi mümkün deyil”. 


BakuPost-un araşdırması zamanı xanım sürücülərin məsələyə yanaşması isə birmənalı olmayıb. Adının əçkilməsini istəməyən qadın sürücülərdən biri heç vaxt hündürdaban ayaqqabı ilə avtomobil idarə etmədiyini, bunun diskomfort yaratdığını, ayağının qaz və əyləc "pedal”larını basmağa mane olduğunu bildirib. Digər qadın sürücü isə deyib ki, avtomobili hündürdaban ayaqqabı ilə idarə etməyə öyrəşib və heç bir diskomfort hiss etmir…


Nərmin

BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər