Maştağada və Suraxanıda heyvan oğruları saxlanılıb

801
Oktyabrın 10-dan 13-dək olan müddətdə Maştağa qəsəbəsindəki fermaların birindən 7 baş inəyin oğurlanması barədə daxil olmuş məlumatla əlaqədar Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Adəm Ağayev saxlanılıb.

DİN-dən BakuPost-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 həyətyanı sahədən ümumilikdə 6 baş qoyun, həmçinin evlərin birindən su mühhəriki və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Qulamov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər