Ru
11:22 / 12 Noyabr 2018

Məcburi köçkünlərin binasında insident - Bir nəfər güllələndi

1471
Bakıda silahlı insident olub.


BakuPost Open.az-a istiandən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, M. Qardaşları küçəsi 119 ünvanından yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada baş verib.


Orada yaşayan Elnur Əliyev binanın pilləkən qəfəsində odlu silahdan atəş açaraq Namiq Nəcəfovü güllələyib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.


Hadisə törədən E. Əliyev şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilib.


Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz olaraq silah hazırla) maddələri ilə cinayət işi başlanıb.


Araşdırmalarla müəyyən edilib ki, E. Əliyev N. Cəfərovu aralarında olan şəxsi-qərəzli münasibətlərlə əlaqədar qisas məqsədi ilə öldürmək istəyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər