Ru
00:16 / 17 Fevral 2019

Mehriban Əliyevanın adından Gəncədə ehsan verildi - FOTOLAR

3714
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tövsiyəsi ilə Gəncənin
"İmamzadə” Dini-Memarlıq Kompleksində ehsan verilib. BakuPost-un məlumatına görə, kompleksin
mərasim zalında 1000 nəfər üçün ehsan süfrəsi açılıb.

 

Mərasim Heydər Əliyev
Fondunun təşəbbüsü ilə təşkil edilib. Ehsan süfrəsi ətrafında Gəncə və ətraf
rayonlarda yaşayan din xadimləri, aztəminatlı ailələrin üzvləri, Gəncə Uşaq
Evinin sakinləri bir araya gəliblər.

  Mərasim Azərbaycanın
bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsinə bir dəqiqəlik sükutla
başlayıb, ruhlarına dualar oxunub.   Ehsandan mərasimdə
iştirak edə bilməyən aztəminatlı ailələrə, Uşaq Evinin sakinlərinə pay göndəriləcək.   Xatırladaq ki,
fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədə
"İmamzadə” Dini-Memarlıq Kompleksini ziyarət ediblər.

 


 

 

 

Mehriban Əliyevanın adından Gəncədə ehsan verildi -  FOTOLAR
Mehriban Əliyevanın adından Gəncədə ehsan verildi -  FOTOLAR
Mehriban Əliyevanın adından Gəncədə ehsan verildi -  FOTOLAR
Mehriban Əliyevanın adından Gəncədə ehsan verildi -  FOTOLAR
Mehriban Əliyevanın adından Gəncədə ehsan verildi -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər