Ru
11:01 / 16 Fevral 2019

Məişətdə istifadə edilən 5 təhlükəli əşya - Xərçəng əmələ gətirir

6797
 


Bir çox insan sağlam bir həyat tərzi keçirdiyini düşünsə də məişətdə və gündəlik həyatda istifadə etdiyi əşyaların tərkibində sağlamlıq üçün təhlükəli olan kimyəvi maddələrin olduğundan xəbərsizdirlər. Alimlər sağlamlığa zərər vuran məişət ləzavimatları haqda bir sıra məlumatlar veriblər.

 

BakuPost Medicina.az-a istinadən xərçəngə səbəb olan 5 ev əşyasını təqdim edir:


1) Plastik


Su qabları və digər plastiklərin tərkibində olan kimyəvi maddələr qidaların və suyun tərkibinə keçir. Mütəxəsislər buna görə də şüşə qablardan istifadə etməyi məsləhət görürlər. 


2) Strafor stəkan və boşqablar 


Strafor maddəsi plastikin bir növüdür. Onun rəsmi adı genişlədilmiş polistirendir. Adi plastikdən fərqli olaraq strafor maddəsi qida və suyun tərkibinə daha asanlıqla daxil olur. 


3) Yuyucu toz 


Bir çox yuyucu tozlar və paltar yumşaldıcıları dərinin və boğazın qıcıqlanmasına, səpməyə, quruluğa, qaşıntıya səbəb olur. Bundan əlavə bu məhsulların tərkibində olan kimyəvi maddələr konseragen təsirə malikdir. 


4) Şampun


Şampun növlərinin çoxunun tərkibi müxtəlif xərçəng növlərinə səbəb ola biləcək kimyəvi maddələrlə zəngindirlər. Şampunları, saç kremlərinin tərkibində olan parabenlər, natrium lauret sulfat, ətirləndirici maddələr və s var. 

 

5) Qranit mətbəx avadanlıqları 


Qranitdən hazırlanan mətbəx avadanlıqları və mebel detalları çox gözəl görünür. Amma bir çoxları bu materialın birbaşa ağciyər  xərçənginə yol açdığından bixəbərdirlər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər