Məktəbə gedən körpələr bu yolda hər gün ölümlə üz-üzədir - VİDEO

4146
Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında işıqforun işləməməsi yaxınlıqdakı təhsil ocağında oxuyan şagirdlərin həyatı üçün ciddi təhlükə törədir.

Bu barədə BakuPost-a şagirdlərin valideynləri məlumat verib. Onların sözlərinə görə, Əhmədli metrostansiyasından Ukrayna dairəsi və əks istiqamətdə olan yolda, Təbrik şadlıq sarayının yaxınlığındakı işıqforlar işləmir. Ərazidə piyada keçidi də olmadığından yolu keçmək istəyənlər qaydaları pozmalı və həyatlarını təhlükəyə atmalı olur. Ən qorxulusu isə "Təbrik” şadlıq sarayının arxa tərəfində yerləşən özəl məktəbdə oxuyan şagirdlərin də eyni yoldan istifadə etməsidir.
 
Belə ki, həmin ərazidə lisey, məktəbəqədər hazırlıq kursları və bağça yerləşir. Avtobus və maşından düşən körpələr məcburən maşınların intensiv hərəkət etdiyi yoldan keçməli olur. Bu da valideynlərin haqlı narahatlığına səbəb olub.

"Bu yoldan aşağı sinif şagirdləri, bağça və məktəbəqədər hazırlıq kurslarının uşaqları da istifadə edir. Yolu uşaqla keçmək üçün dəqiqələrlə gözləməli oluruq. İşıqfor işləmədiyi üçün avtomobillər yol vermir. Bir həftədən çoxdur, vəziyyət belədir. Baxan yoxdur”.

Valideynlərin sözügedən yoldan çəkdikləri və redaksiyamıza göndərdikləri videonu təqdim edirik:


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər