Ru
14:15 / 24 Yanvar 2019

Məktəblərdə öz ixtisasını 20-30 faiz bilən müəllimlər var - RƏSMİ

2247
 


Bu gün məktəblərimizdə öz ixtisasını 20-30 faiz bilən müəllimlər var. Bu müəllimlər zamanında, müxtəlif şəraitlərdə təhsil sisteminə daxil olub və indi də çalışırlar.


BakuPost xəbər verir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Azərbaycan" qəzetinə müsahibəsində deyib.


Onun sözlərinə görə, qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər üçün nazirlik əlavə olaraq ixtisasartırma təlimləri təşkil edib. Aşağı nəticə göstərən müəllimlərin bəziləri təlimlərdə iştirak etdikdən sonra öz nəticəsini həqiqətən yaxşılaşdırıb:

 

"Elə müəllimlərimiz də var ki, bu gün öz ixtisasları üzrə 0-9 bal arası nəticə göstəriblər. Aralarında da elələri var ki, bu yaşdan sonra onları yenidən hazırlamaq mümkün deyil. Bundan sonraki dövr sertifikatlaşdırma mərhələsidir ki, bu da həmin müəllimlərin öz üzərində ciddi çalışmasını tələb edir.


Bununla bağlı bir ajiotaj, narahatçılıq da yaratmaq lazım deyil. Əlbəttə ki, heç bir valideyn istəməz ki, onun övladına savadsız müəllim dərs desin. Bir savadsız müəllimi sistemdən kənarlaşdıranda da, o müəllim harasa şikayət edəndə də, hamı bunu anlayışla qəbul etməlidir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər