Ru
15:07 / 18 Yanvar 2018

Məmmədyarov həmsədrlərlə görüşdü - FOTO

692
Polşanın Krakov şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başlayıb.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "BakuPost"a bildirib ki, görüşdə rusiyalı həmsədr İqor Popov, fransalı diplomat Stefan Viskonti və ABŞ-ın Minsk qrupundakı nümayəndəsi Endryu Şofer iştirak edir. 


E.Məmmədyarovla həmsədrlərin danışıqlarına həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.  


Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün atılacaq addımlar müzakirə edilir. 


Xatırladaq ki, yanvarın 17-də Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər