Ru
20:10 / 18 Yanvar 2018

Məmmədyarovun erməni həmkarı ilə görüşü başa çatdı - YENİLƏNİB

685

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Polşanın Krakov şəhərində keçirilən görüşü başa çatıb.


"BakuPost"un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter"də yazıb:


"Azərbaycan münaqişənin həlli üzrə substantiv və məntiqli danışıqların tərəfdarıdır". 

*** 16:37
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı Edvard Nalbandyanla görüşü başlayıb.


"BakuPost"un məlumatına görə, görüş Polşanın Krakov şəhərində keçirilir.


ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşdə iştirak edir.


Qeyd edək ki, bundan əvvəl E.Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüş keçirmişdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər