Ru
21:39 / 19 Yanvar 2018

- Gəmisinə həbs qoyuldu, səfərə çıxmasına icazə verilmir Mənsimova daha bir zərbə

1086
Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali” Şirkətlər Qrupunun nəzdində fəaliyyət göstərən "Palmali Dənizçilik Şirkəti”nə məxsus "Ağsu" yük tankeri Danimarkanın Kalundborg limanında saxlanılıb. 


"BakuPost” Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb kimi gəmidə bəzi çatışmazlıqların olduğu göstərilir. 


Məlumata görə, gəmi İsveçin Göteborg limanından hərəkət edib və yanvarın 11-də Danimarkanın Kalundborg limanına gəlib. Danimarkalı müfəttişlərin apardığı yoxlamalardan sonra isə gəmi nəzarət altına alınıb. Bundan sonra gəmiyə həbs qoyulub və səfərə çıxması qadağan edilib. 


İddia olunur ki, gəmi 8 gündür, Danimarka sahillərində saxlanılır.

 


 - Gəmisinə həbs qoyuldu, səfərə çıxmasına icazə verilmir Mənsimova daha bir zərbə
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər