Ru
23:28 / 17 Oktyabr 2017

"Mercedes" 1 milyondan çox avtomobili geri çağırır

1736
"Mercedes-Benz” bütün dünyada 1 milyondan çox avtomobili geri çağırıb.


BakuPost.az-ın Trend-ə istinadən məlumatına görə, bu qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.


Şirkətin məlumatına görə, təhlükəsizlik yastıqları səhvən açıla bilər.


Qeyd olunur ki, Böyük Britaniyada 400 min, ABŞ-da 495 min, Kanadada 76 min, Almaniyada 100 mindən çox avtomobil geri çağırılır.


Geri çağırılma 2012-2017-ci illərin A, B, C, E, eləcə də CLA, GLA və GLC modellərinə şamil olunur.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər