Məşqçinin öldüyü qəzanın VİDEOSU

931
Hadisə Qəbələdə "Toyota" markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində baş verib. 

Noyabrın 15-də saat 1 radələrində Qəbələ şəhəri ərazisində Zarağan kənd sakini 66 yaşlı Rafiq Məmmədov idarə etdiyi "Toyota Prado” markalı avomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sərnişini, Qəbələ şəhər sakini 44 yaşlı Teymur Musayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. 

FHN-in məlumatına görə, hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan Teymur Musayevin meyitini nəqliyyat vasitəsindən çıxarıblar. 

"Qəbələ" futbol klubundan verilən məlumata görə, qəzada həlak olan Teymur Musayev "Qəbələ" futbol akademiyasının məşqçisi olub. Teymur Musayev ailəli idi, iki oğlu və bir qızı var. Sürücü Rafiq Məmmədovun vəziyyəti isə ağır qiymətləndirilir. Onun müalicəsi Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir. (ARB TV)

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər