Ru
12:54 / 19 Oktyabr 2017

Messi avrokuboklarda 100-cü qolunu vurdu

608
UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Olimpiakos” ilə oyun "Barselona” futbol klubunun hücumçusu Messi üçün əlamətdar olub.


BakuPost.az xəbər verir ki, Messi görüşün 61-ci dəqiqəsində fərqlənməklə avrokuboklarda vurduğu qolların sayını 100-ə çatdırıb.


Otuz yaşlı argentinalı futbolçu qolların 97-sini Çempionlar Liqasında, 3-nü isə Avropa Super Kuboku yarışlarında vurub.


Qeyd edək ki, Messi yalnız Kriştianu Ronaldudan geri qalır. Belə ki, portuqaliyalı futbolçu avrokubolarda 113 qol vurub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər