Ru
17:50 / 16 Oktyabr 2017

Metro gücləndirilmiş iş rejiminə keçəcək - “Qarabağ” - “Atletiko” oyununa görə

1369
Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində çalışacaq.


Bu barədə BakuPost.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.


Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi, sadəcə, "Koroğlu" stansiyasında deyil, digər stansiyalarda da tətbiq olunacaq.


"Sərnişin axınına nəzarət olunacaq, şəraitə uyğun olaraq "Koroğlu" stansiyasına giriş-çıxışların yerləri dəyişdirilə bilər. Sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər görüləcək, canlı qüvvə və eyni zamanda, ehtiyat qatarlar cəlb olunacaq. Oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq", - deyə o vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər