Meyiti tapılan qadın intihar edibmiş

Gəncə şəhərində mənzildən meyiti tapılan qadının intihar etdiyi məlum olub.

BakuPost.az-ın "Report"a istinadən məlumatına görə, oktyabrın 11-də Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən mənzillərin birində 47 yaşlı Gülmira Səfixanovanın üzərində bıçaq xəsarəti olan meyiti tapılıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda istintaq başlanılıb və Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı araşdırmalar aparılır.
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

17 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər