Ru
13:22 / 24 Yanvar 2019

Məzarı tapılmayan azərbaycanlı repressiya qurbanlarının siyahısı hazırlandı

2368
 


Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısı tərtib edilib.


BakuPost Trend-ə istinadən xəbər verir ki, MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova bildirib ki, 546 nəfərlik siyahı elektron kataloqa daxil edilərək kitabxananın Milli Rəqəmsal Yaddaş Bazasına yerləşdirilib.


O, siyahının açıq saxlanıldığını, gələcəkdə əlavələrin edilməsinin də mümkünlüyünü bildirib.


N.Həsənova qeyd edib ki, bolşeviklərin Azərbaycandakı hakimiyyəti dövründə Azərbaycandan 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı və din xadimi Sibirə, Qazaxıstana, o cümlədən digər yerlərə sürgün edilib.


MEK tərəfindən "Xaricdə yaşamış azərbaycanlıların məzarları” adlı kolleksiyanın hazırlandığını deyən N.Həsənovanın sözlərinə görə, həmin kolleksiya üzərində işləyərkən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) süqut etdikdən sonra onun yaradılmasında iştirak etmiş insanların çoxunun repressiya qurbanlarına çevrildiyi məlum olub. Repressiya qurbanları sürgün olunduqları yerdə dəfn olunduqlarından, bu yerlər haqqında heç bir məlumat göstərilməyib.


Bölmə rəhbəri əlavə edib ki, hazırladıqları siyahının bir hissəsində AXC dövründə xaricdə təhsil alan şəxslərin adları yer alıb, digər hissə isə tamamlanmayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər