“Məzələnirsən, korsan?” - Fresco-da kassirdən müştəriyə şok sözlər

Daha bir vətəndaş Bakıda fəaliyyət göstərən supermarketlərin birində kassirin kobud rəftarı  ilə  rastlaşıb.
 
Bu barədə BakuPost.az-a Fresco marketdə satıcının kobudluğu ilə rastlaşan Mircəlal Məcidov məlumat verib. Onun sözlərinə görə, dünən səhər Fresco  marketin Nəsimi rayonu, Nizami küç.129, "AF Business House" un binasında yerləşən filialında satıcı xanım tərəfindən təhqir olunub.

"Bir neçə ərzaq məhsulu almışdım. Kassaya yaxınlaşanda gördüm ki, cəmi bir nəfər işləyir. Digər kassalarda isə işçi yox idi. Xanım satıcıdan yumurtanı vurub, vurmadığı soruşduqda eşitdiyim cavab məni şoka saldı. O mənə "məzələnirsən, korsan, görmürsən vurmuşam” cavabını verdi. Ona cavabında müştəri ilə belə danışmaq haqqının olmadığını bildirdikdə "xoşun gəlmir, alma” cavabını verdi. Həmin vaxt mağazanın direktorunu və administatorlarını tələb etsəm də, onları tapa bilmədim. Dedilər ki, işdə yoxdurlar.”

Şikayətçi daha sonra bildirib ki, qeyd olunan marketdə belə hal birinci deyil.

"Təxminən 1 ay öncə həmin marketin başqa bir filialında mənə şişirdilmiş qiymətə  qida  satılmışdı. Həmin vaxt da  qaynar xətə zəng etdim. Araşdırıldı  və satıcının səhv etdiyi məlum olduqdan sonra işdən azad etdilər”.

Bəs, kassir və satıcı müştəri ilə necə rəftar etməlidir? Bunun üçün hər hansı bir təlimat varmı?

Ekspert Elyar İslam bildirib ki, satıcılar və xəzinədar işə götürülən zaman mütləq təlimatla tanış edilməlidir. 

"Marketdə çalışan xəzinədar müştərinin kimliyindən, yaşından, irqindən, dinindən, xarici görünüşündən  asılı  olmayaraq "xoş gəlmisiniz" sözünü deyərək, təbəssümlə qarşılamalı, nəzakətli şəkildə alınan məhsulları kassadan keçirdərək paketlənməsinə kömək etməlidir. Müştərinin verdiyi  suallara nəzakətlə  və  aydın cavab verməlidir. Bu qaydalar Xəzinədarların  vəzifə təlimatında yazılır. Görünür, həmin xəzinədar təlimatı  oxumayıb”, - deyə ekspert qeyd edib. 

Xatırladaq ki, "Fresco” və "Səbət” supermarketlərinin direktoru Kamran Eyyubov devalvasiyadan sonra hökumətdən vergi güzəşti istəyən market rəhbərlərindən idi. O, mediaya açıqlamasında bildirmişdi ki, kənd təsərrüfatı məhsullarının istehsalı ƏDV-dən azad olunduğu kimi, onların parakəndə satışının da vergidən azad olunmasını  istəyir.
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

11 Dekabr 2017
10 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər