Mikayıl Cabbarov daha bir vəzifədə Fazil Məmmədovu əvəzlədi

2345
Nazirlər Kabineti "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarda dəyişikliklər edib.

BakuPost xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Sənədə əsasən, keçmiş vergilər naziri Fazil Məmmədov iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə komissiyanın tərkibindən çıxarılıb. Vergilər naziri Mikayıl Cabbarov komissiya üzvü kimi təsdiqlənib. 

Eyni zamanda "Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nın 11-ci hissəsində "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi” sözləri "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri ilə əvəz edilib. 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər