Millət vəkili AŞPA-da azərbaycanlı köçkünlərdən danışdı - FOTO

Millət vəkili Qənirə Paşayeva bu gün AŞPA-da İordaniya ilə bağlı qətnamə layihəsinin müzakirəsi zamanı  azərbaycanlı köçkünlərdən danışıb.
 
BakuPost.az-ın APA-ya istinadən məlumatına görə, millət vəkili qeyd edib ki, son illərdə İordaniyanın da daxil olduğu Orta Şərq coğrafiyasında insanlıq tarixinin ən böyük dramı yaşanmaqdadır: "Suriyada davam edən daxili müharibə ilə birlikdə meydana gələn "köç dalğası"nın bölgəyə, əsasən də qonşu ölkə olan İordaniyaya öz dərin təsirini göstərib. Bu gün sayı on minlərlə olan suriyalı qaçqın İordaniyada yaşayır. Türkiyədən sonra ən çox suriyalı qaçqını qəbul etmiş ölkə İordaniyadır. Bu səbəbdən həm Türkiyə, həm də İordaniya hökumətlərinə və iki ölkənin xalqlarına qaçqınlara göstərdikləri yardımdan dolayı təşəkkür etməliyik. Torpaqlarının 20 faizinin işğal olunması səbəbindən 1 milyon insanı qaçqın və məcburi köçkün düşmüş bir ölkənin təmsilçisi olaraq qaçqın axınınına məruz qalan ölkələrin yaşadığı problemləri də çox yaxşı bilirəm. Sayı yüz minlərlə, milyonlarla olan qaçqınların həyatı əsas məsələ olduqda, qaçqın axınına məruz qalan dövlətin və hökumətin bütün proqramlarının həyata keçirilməsinə öz təsirini göstərir, prioritetləri dəyişir, qaçqınlar və onların problemləri gündəmdəki ilk sıranı tutur”.
 
Q.Paşayeva çoxlu sayda köçkünü olan ölkələrə dəstəyi artırmağa çağırıb: "İordaniyada olduğum müddət ərzində Suriyadan gələn qaçqınlarla da görüşdüm. Vətənini, evini, yurdunu tərk etmək bir insan üçün dözülməz bir acıdır. Bu insanların dərdlərinə çarə, acılarına əlac olmaq isə böyük fədakarlıqlar tələb edir. Bu səbəbdən Avropa ölkələri və qeyri-hökumət təşkilatlarının İordaniyaya dəstəklərini artırmaları lazımdır. İordaniya dini və etnik tərkibi etibarilə bu gün Avropa, dünya və insanlıq üçün çox önəmli olan "mədəniyyətlərarası dialoqda" fəal rol oynayan ölkələrdən biridir”. 
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər