Millət vəkili əməliyyatdan sonra komaya düşdü - YENİLƏNİB

640
Milli Məclisin deputatı Nəriman Əliyev komaya düşüb.

BakuPost.az Modern.az-a istinadən xəbər verir ki, Nəriman Əliyev artıq 3 gündür Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində koma vəziyyətindəddir.

Məlumata görə, N.Əliyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb.

N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.
 
***
 
"AzPolitika”ya daxil olan məlumata görə, Nəriman Əliyevin  ürəyində problemin olduğu təsadüfən aşkarlanıb.

Belə ki, o, həyat yoldaşını müayinədən keçirmək üçün Respublika Diaqnostika Mərkəzinə gətirib. Gəlmişkən, özü də müayinədən keçib. Bu zaman məlum olub ki, ürək damarlarında tıxanıqlıq var, anju olunmalıdır.

Lakin tanınmış kardioloq Abbasəli Abbasəliyev deputatı anju edərkən o, komaya düşüb. Təcili olaraq tanınmış kardioloq, deputat Rəşad Mahmudov əməliyyata cəlb olunub və o, açıq ürək əməliyyatı ilə deputatı həmin an ölümdən qurtarıb.

Deputatın hələ də komada olduğu bildirilir.

BakuPost
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər